Pulsuz kontur bakcell ilə: Ən yaxşı təkliflər, kampaniyalar və bonuslar
Bakcell əhatə dairəsi və şəbəkə həcmi baxımından ölkənin ən böyük 4G (LTE) şəbəkəsinə malikdir. Şirkətin 1500-dən çox LTE baza stansiyası ilə saniyədə 225 meqabitə qədər sürəti dəstəkləyən 4G şəbəkəsi gündən-günə genişlənir və artıq bütün Bakı və Abşeron ərazisi daxil olmaqla ölkənin 40-dan çox rayon və şəhər mərkəzini əhatə edir. Özünün 4G şəbəkəsinin əhatə dairəsini Azərbaycanın bölgələri üzrə sürətlə genişləndirən Bakcell həmin bölgələrdə yaşayan abunəçilər üçün təşkil edilmiş xüsusi kampaniya çərçivəsində 4G şəbəkəsində istifadə etmək üçün 5 Giqabayt PULSUZ İnternet hədiyyə edir. Bu dəfə Kürdəmir, Ağdaş, İmişli, Masallı, Şəmkir, Mingəçevir, Hacıqabul, Lerik, Tovuz, Ağcabədi, Daşkəsən və Göyçayda yaşayan abunəçilər pulsuz internet trafiki əldə edib ölkənin ən sürətli və etibarlı mobil şəbəkəni sınaqdan keçirməyə imkan qazanıblar. Qeyd edək ki, bundan əvvəl həmin kampaniya Azərbaycanın digər 20 bölgəsində həyata keçirilib.
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.